KİV: Quantanamodakı ABŞ bazasında 26 ölkənin vətəndaşı saxlanılır
ABŞ administrasiyası Quantanamo hərbi-dəniz bazasından 26 ölkənin vətəndaşı üçün həbsxana kimi istifadə edir.
"Report" xəbər verir ki, bu barədə "CBS" telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, bazada demək olar ki, bütün qitələrdən məhbuslar var. Miqrantlar arasında Braziliya, Çin, Kolumbiya, Dominikan Respublikası, El Salvador, Efiopiya, Qvatemala, Haiti, Honduras, Hindistan, Yamayka, Keniya, Liberiya, Marşal adaları, Mikroneziya, Myanma, Nikaraqua, Rusiya, Rumıniya, Nigeriya, Nikaraqua, Böyük Britaniya, Venesuela, Vyetnam və digər ölkələrdən vətəndaşlar var.
Ümumilikdə Quantanamoda 72 xarici vətəndaş saxlanılır. Onlar qətl, cinsi zorakılıq, uşaq pornoqrafiyası, narkotik qaçaqmalçılığı, adam oğurluğu və s. cinayətlərdə ittiham edilir. Nəşrin məlumatına görə, 58 miqrant yüksək riskli qrup kimi təsnif edilir.
Oxşar xəbərlər
Çaykənd əməliyyatından 35 il ötür
Bu gün Çaykənd əməliyyatının keçirilməsindən 35 il ötür. 30 aprel 1991-ci ildə "Halqa" ("Çaykənd əməliyyatı") başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki...