Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran amil
London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, adi boyun arteriyalarının ultrasəs müayinəsi (UZN) kişilərdə ürək çatışmazlığı riskini iki dəfədən çox dəqiqliklə müəyyən edə bilir.
BAKU.WS xəbər verir ki. tədqiqat Journal of the American Heart Association jurnalında dərc olunub.
Araşdırmada 71–92 yaş arası 1600-dən çox kişi iştirak edib. 2010–2012-ci illərdə onlara boyun arteriyalarının UZN müayinəsi aparılıb. Bu müayinə damarların elastikliyini qiymətləndirməyə və yağ yığıntıları nəticəsində yaranan daralmaları aşkarlamağa imkan verir. Nəticələr əsasında alimlər ən sərt və ən elastik arteriyalara malik qrupları ayırd edərək, onların sağlamlıq vəziyyətini altı il ərzində izləyiblər.
Aydın olub ki, ən sərt damarları olan kişilərdə ürək çatışmazlığı riski 2,5 dəfə yüksəkdir - bu göstərici yaş, bədən çəkisi, siqaret çəkmə və infarkt keçirmə kimi amillər nəzərə alındıqdan sonra da dəyişməyib. Tədqiqatçılara görə, damarların elastikliyinin azalması təzyiqin artmasına və ürəyə düşən yükün çoxalmasına səbəb olur.
Boyun arteriyalarının UZN müayinəsi uzun müddətdir insult riskini qiymətləndirmək üçün istifadə olunur, lakin indi mütəxəssislər hesab edirlər ki, bu üsul ürək çatışmazlığının erkən göstəricisi kimi də tətbiq oluna bilər - hətta simptomları olmayan insanlarda belə.
Alimlər vurğulayırlar ki, ultrasəs müayinəsi əlçatan və ucuz prosedurdur və ilkin səhiyyə xidmətlərində geniş tətbiq edilə bilər. Bununla belə, nəticələrin qadınları da əhatə edən daha geniş tədqiqatlarda təsdiqlənməsi vacibdir.
Oxşar xəbərlər
2026-cı il üçün bürclər proqnozu: Qırmızı Od Atının ili həyatınızı dəyişəcək
2026-cı il Qırmızı Od Atının güclü enerjisi altında keçəcək - bu, sürətin, cəsarətin, dəyişimin və daxili alovun rəmzidir. BAKU.WS-in məlumatına görə, bu dövr h...