Kəlbəcərə dolu düşüb
Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.
Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, 11 vaqondan ibarət, ç...