Kaya Kallas: İranın ABŞ ilə qarşılıqlı fəaliyyətə hazır olması həlledici əhəmiyyət kəsb edir
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ABŞ ilə qarşılıqlı fəaliyyətə hazır olması "snapback" mexanizminin müddətinin yaxınlaşması fonunda həlledici əhəmiyyətə malikdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas "X" hesabında yazıb.
Onun sözlərinə görə, İran həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) də tam şəkildə əməkdaşlıq etməlidir.
"Avropa nüvə probleminin diplomatik həllinə sadiqdir. "Snapback" mexanizminin müddətinin yaxınlaşması ilə əlaqədar İranın ABŞ ilə əməkdaşlığa hazır olması həlledici əhəmiyyət kəsb edir", - Kallas vurğulayıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...