Kardioloq ən faydalı meyvənin adını açıqladı
Kardioloq Aurelio Rolax ən faydalı meyvənin kivi olduğunu bildirib. O, bu meyvənin qida dəyərinə görə alma, qaragilə, avokado və bananı geridə qoyduğunu deyib.
BAKU.WS xəbər verir ki, həkimin fikirlərini ABC nəşri yayıb.
Roxasın sözlərinə görə, kivi xüsusilə mədə-bağırsaq problemləri olan insanlar üçün faydalıdır. Meyvə liflə zəngindir və bu da həzm prosesini yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, kivinin qlisemik indeksi aşağıdır. Bu isə qanda şəkərin səviyyəsini tənzimləməyə, insulin sıçrayışlarının qarşısını almağa yardım edir.
Kardioloq qeyd edib ki, kivi C və E vitaminləri ilə də zəngindir. Bu vitaminlər güclü antioksidant və iltihabəleyhinə təsir göstərərək damarlarda xolesterin yığıntılarının yaranma riskini azaldır.
Mütəxəssis əlavə edib ki, kivi immun sistemini gücləndirir və orqanizmdə yağ miqdarının azalmasına dəstək ola bilər.
Oxşar xəbərlər
20 martdan etibarən bəxti açılan 3 bürc
Bu gün Novruz bayramı qeyd olunur. Təbiətin oyanışı, yeni ilin başlanğıcı sayılan bu əlamətdar gün astroloqların proqnozlarına görə bəzi bürclər üçün xüsusi uğu...