Kalsium və maqnezium çatışmazlığı bu orqanlara TƏSİR EDİR
Bu yaxınlarda alimlər kalsium və maqneziumun koqnitiv funksiyalara təsirini araşdıraraq maraqlı nəticələr əldə ediblər.
BAKU.WS Nutrients jurnalında dərc olunan bir araşdırmaya istinadən xəbər verir ki, koqnitiv testlərdə aşağı nəticələr göstərən insanların qanında adətən kalsium və maqnezium səviyyələri daha aşağı olur. Araşdırmaya 60 yaşdan yuxarı, hospitalizasiyadan keçən 1220 nəfər iştirak edib.
Kalsiumun rolu
Kalsium yalnız güclü sümüklərin formalaşması və qorunmasında deyil, həm də qan dövranının tənzimlənməsi, bəzi hormonların ifrazı kimi vacib funksiyalarda iştirak edir.
Maqneziumun əhəmiyyəti
Maqnezium sinir və əzələ sistemlərinin fəaliyyətini tənzimləyir, qan şəkərinin və təzyiqin səviyyəsini sabit saxlayır. Bu element həmçinin sümüklərin və DNT-nin qurulması üçün əsas qida maddəsidir.
Araşdırma göstərdi ki:
- Maqnezium və kalsium səviyyəsi aşağı olan şəxslər, normal səviyyədə bu minerallara malik insanlara nisbətən koqnitiv testlərdə daha pis nəticələr göstəriblər.
- Normal kalsium səviyyəsi, lakin aşağı maqnezium səviyyəsi olan şəxslərin də nəticələri hər iki maddənin səviyyəsi normal olanlara nisbətən zəif olub.
Bundan əlavə, yaş, bədən kütlə indeksi və ürək çatışmazlığı kimi amillərin də aşağı koqnitiv göstəricilərlə əlaqəli olduğu müəyyən edilib.
Tövsiyə...
Kalsium və maqnezium baxımından zəngin qidaların (məsələn, süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq və toxumlar) rasiona daxil edilməsi beynin funksiyalarını qorumaq üçün vacib ola bilər. Bu mineralların balanslı səviyyədə saxlanması həm də ümumi sağlamlığın təmin olunmasına kömək edir.
Oxşar xəbərlər
Sosial pulu üçün 12 dəfə evlənib-boşanan ər-arvad dələduzluqda ittiham olundu
Avstriyada 73 yaşlı təqaüdçü qadın sosial ödənişlər almaq məqsədilə ərilə 12 dəfə evlənib boşanıb. BAKU.WS Bild-ə istinadən xəbər verir ki, hazırda cütlük dələ...