Jerar Depardye cinsi zorakılıq ittihamı ilə hakim qarşısına çıxacaq
Fransalı aktyor Jerar Depardye cinsi zorakılıq ittihamı ilə Paris Cinayət Məhkəməsində hakim qarşısına çıxacaq.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, aktrisa və rəqqasə Şarlotta Arno 2018-ci ildə Depardye tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib və bununla bağlı cinayət işinin məhkəməyə çıxarılmasına nail olub.
O, 2018-ci ilin yayında Fransanın cənubundakı jandarmeriyaya ərizə ilə müraciət edərək bildirib ki, iki dəfə - avqustun 7-də və 13-də Parisdə Depardyenin evində cinsi zorakılığa məruz qalıb.
Jerar Depardye isə münasibətlərin razılıq əsasında olduğunu iddia edərək ittihamları rədd edib.
Oxşar xəbərlər
Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
2026-cı ilin yaz ayları bəzi bürclər üçün xüsusilə uğurlu və dönüş nöqtəsi kimi qiymətləndirilir. Xarici astroloqların proqnozlarına görə, mart, aprel və may ay...