İstirahət günü 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.
Oxşar xəbərlər
İşsizlərə ŞAD XƏBƏR – Bu bürclər 2026-cı ildə gəlirli iş tapacaqlar
2026-cı il bir çox insan üçün yeni imkanlar, karyera dəyişiklikləri və gözlənilməz uğurlarla yadda qalacaq. Ulduzlar göstərir ki, bəzi bürclər üçün bu il xüsus...