İsti havalarda orqanizmi qoruyan 7 super qida

Yay aylarında bədən daha çox su itirir, istilik metabolizmanı sürətləndirir və orqanizmin təmizlənməsinə ehtiyac artır. Ona görə bu fəsildə yüngül, sulu, təravətləndirici və vitaminlə zəngin qidalar ön planda olmalıdır.
BAKU.WS yayda nütəxəssislər tərəfindən ən çox tövsiyə olunan sağlam qidaları təqdim edir:
1. Təzə tərəvəzlər
Pomidor, xiyar, bibər, badımcan, balqabaq kimi məhsullar su ilə zəngindirlər, bədəni sərin saxlayır. Onlar antioksidant və lif baxımından faydalıdır.
2. Su ilə zəngin meyvələr
Qarpız, yemiş, şaftalı, ərik, gilas, çiyələk isə orqanizmi nəmləndirir, təbii şəkərlə enerji verir. Tərkibində C vitamini və kalium var.
3. Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq, kəvər, cəfəri, kahı qaraciyərin detoksuna yardım edir, təravət verir.
4. Qatıq və ayran
Qatıq və ayran həzm sistemini tənzimləyir. Probiotiklərlə immuniteti gücləndirir. İsti havada duz balansını qorumağa kömək edir.
5. Yüngül zülal mənbələri
Balıq, toyuq filesi, yumurta isə ağır yeməklərə nisbətən daha asan həzm olunur.
6. Paxlalılar və mərcimək salatları
Bitki mənşəli zülal mənbəyidir. Uzun müddət toxluq hissi verir.
7. Təbii sərin içkilər
Sarımsaqlı ayran, nanəli limonad, kokos suyu, evdə hazırlanmış kompotlar qazlı və şəkərli içkilərin əvəzinə daha faydalıdır.
Oxşar xəbərlər
Bəzi bürclər ulduzlar tərəfindən qorunur – Astroloqlara görə ən şanslı və müdafiəli bürclər
Astrologiyada bəzi bürclər mistik güclər, pozitiv enerji və "ilahi müdafiə" ilə əlaqələndirilir. Bu bürclərin həyatın çətinliklərinə qarşı daha şanslı və görünm...