İstanbuldakı qar Bakıya da yağa bilər

İstanbuldakı qar Bakıya da yağa bilər
Digər 1662

Türkiyənin İstanbul şəhərində fevralın 6-sı günortadan etibarən fevralın 7-si səhərə qədər güclü külək, bəzi yerlərdə fırtına olacaq və sulu qar və qar yağacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. 

Proqnozlara əsasən, bəzi yerlərsə sulu qar, bəzi yerlərdə isə orta və şiddətli qar yağacaq.

Hava şəraiti nəqliyyatda gecikmələrə, yüksək ərazilərdə yolların buz bağlamasına görmə məsafəsinin azalmasına səbəb ola bilər. Güclü külək və qısa müddətli fırtına səbəbilə dam örtüklərinin uçması, ağac və dirəklərin aşması kimi risklərə qarşı ehtiyatlı olmaq tövsiyə olunur. Türk Hava Yolları (THY)  güclü qar səbəbindən bu gün və sabah İstanbul Hava Limanına planlaşdırılan bəzi uçuşları ləğv edib.

Qeyd edək ki, İstanbulda müşahidə olunan güclü qar və fırtınanın Bakı hava şəraitinə birbaşa təsir edib-etməyəcəyi hava siklonlarının hərəkət istiqamətindən və atmosfer axınlarından asılı olacaq. Əgər İstanbulda baş verən hava şəraiti şərqə doğru irəliləyib Qara dəniz üzərindən Azərbaycana yönələrsə, Bakıda da güclü qar müşahidə oluna bilər. 

İstanbulun qış havası Bakıya necə təsir edə bilər?

  • Əgər İstanbulda formalaşan soyuq hava kütləsi Qara dənizdən keçərək Gürcüstan və Dağıstan istiqamətindən Azərbaycana daxil olarsa, Bakıda da temperatur aşağı düşə və qar müşahidə oluna bilər.
  • Lakin əksər hallarda İstanbulda qar yaradan siklon cənuba və ya şərqi Avropaya yönəldiyindən, onun təsiri Bakıya birbaşa çatmır.
  • Bakı üçün əsas hava təsir mənbəyi Sibir antisiklonu və Xəzər dənizindən gələn nəm axınlarıdır.

Son xəbərlər