İranla Avropa üçlüyü nümayəndələri yaxın üç həftədə görüşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın həftələrdə İran və Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri arasında danışıqlar baş tutacaq.
"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Onun sözlərinə görə, görüş üç həftə ərzində reallaşacaq.
Nazir müavini deyib ki, əvvəlki üç belə tədbir İsveçrənin Cenevrə və ABŞ-nin Nyu-York şəhərlərində keçirilib:
"Biz əlaqələrimizi davam etdirməyə razılaşdıq. Bu məsələ vacibdir, sanksiyaların ləğvi, nüvə məsələsi hər iki tərəfin gözləntilərini əhatə edir".
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...