iPhone istifadəçilərinin NƏZƏRİNƏ - Artıq bunu edə biləcəksiniz
Apple şirkəti iPhone istifadəçilərinə Siri səsli assistentini silmək və onu alternativ bir sistemlə əvəz etmək imkanı verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin texnologiya yazarı Mark Qurmanın sözlərinə görə, hazırda Apple cihazlarında yalnız Siri mövcuddur. Lakin yeni qərarla birlikdə istifadəçilər Siri-ni tamamilə silərək, dəstəklənən başqa bir səsli köməkçini – məsələn, OpenAI və ya DeepSeek tərəfindən hazırlanmış sistemi – əsas səsli assistent kimi təyin edə biləcəklər.
Yeni funksiya tətbiq edildikdə, seçilən alternativ assistent iPhone cihazlarında varsayılan olaraq işləyəcək və əlavə proqram işə salmadan istifadə oluna biləcək.
Hazırda bu funksiyanın yalnız Avropa İttifaqı ölkələrindəki istifadəçilər üçün əlçatan olacağı gözlənilir. Apple daha əvvəl də Avropa bazarında alternativ tətbiq mağazalarına icazə vermişdi.
Qeyd edək ki, ABŞ mediası daha öncə Apple-ın Çin şirkəti Alibaba ilə süni intellekt sahəsində əməkdaşlıq planları barədə narahatlıqlar olduğunu yazmışdı. ABŞ hökuməti bu əməkdaşlığın Alibaba-nın süni intellekt sahəsində güclənməsinə səbəb ola biləcəyindən ehtiyat edir.
Oxşar xəbərlər
Bu bürcləri yaxın zamanda nağıla bənzər zənginlik gözləyir
Astroloqlar bildirirlər ki, qarşıdakı dövr bir neçə bürc üçün həqiqətən də taleyüklü olacaq. BAKU.WS xəbər verir ki, maliyyə enerjisi güclənir və onun təsiri al...