İnsanı qocalmağa qoymayan içkinin adı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlərin apardığı araşdırmalara görə, bəzi içkilər qocalma prosesini ləngidərək insanın daha gənc və enerjili qalmasına kömək edir.
BAKU.WS xəbər verir ki, bu içkilərdən ən təsirlisi isə yaşıl çaydır.
Mütəxəssislər yaşıl çayın tərkibindəki güclü antioksidantların hüceyrələri qoruyaraq qocalmanı ləngitdiyini bildirirlər. Yaşıl çayın tərkibindəki katexinlər və flavonoidlər hüceyrələrin erkən qocalmasının qarşısını alır. EYni zamanda kollagenin parçalanmasını gecikdirərək qırışların əmələ gəlməsini azaldır.
Bundan əlavə Alzheimer və Parkinson kimi yaşla bağlı xəstəliklərin riskini azaldır. Damarların sağlamlığını dəstəkləyərək qan dövranını da yaxşılaşdırır.
Mütəxəssislər gündə 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər ki, bədəndəki yaşlanma prosesi yavaşlasın və insan daha gümrah qalsın.
Qeyd edək ki, yaşıl çaydan əlavə, digər içkilər də orqanizmi cavan saxlayan təsirə malikdir. Nar suyu güclü antioksidant tərkibi sayəsində dərini cavan saxlayır, immun sistemini gücləndirir və kollagen istehsalını artırır. Limonlu su bədəni toksinlərdən təmizləyərək hüceyrələrin sağlam fəaliyyətini dəstəkləyir. Yerkökü şirəsi isə A vitamini və beta-karotenlə zəngin olduğu üçün dərinin parlaq və gənc qalmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, sağlam və uzun ömür üçün düzgün qidalanmaq, su balansını qorumaq və təbii antioksidantlarla zəngin içkilərdən istifadə etmək vacibdir.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...