İnfarkt olmazdan bir ay əvvəl bədən bu siqnalları verir

İnfarkt olmazdan bir ay əvvəl bədən bu siqnalları verir
Digər 185

İnfarkt ürəyi qidalandıran koronar damarların qəfil tıxanması nəticəsində baş verir. Bu vəziyyət ürək əzələsinin bir hissəsinə kifayət qədər qan və oksigen çatmamasına səbəb olur və bu bölgədəki hüceyrələr zədələnməyə başlayır. İnfarkt bəzən qəfil baş versə də, bir ay və ya bir neçə həftə əvvəl bəzi xəbərdaredici siqnallar verə bilər. Bu əlamətlər çox vaxt "adi yorğunluq", "stress", "mədə problemi" kimi əlamətlər hesab edilərək yanlış qiymətləndirilir.

BAKU.WS xarici KİV-ə istinadən infarktdan 1 ay əvvəl verilən xəbərdaredici siqnalları təqdim edir:

1. Döş qəfəsində təkrarlanan, ağrı və ya narahatlıq

Sinədə basqı, ağırlıq, sancı... Yeməkdən sonra və ya gərginlik zamanı artır. Bir neçə dəqiqə davam edir, keçir, sonra yenidən qayıdır.

2. Qol, çənə, boyun, kürək və ya çiyinə yayılan ağrı

Xüsusilə sol qol boyunca yayılan sızıltı... Boyun tutulması kimi hiss edilə bilər.

3. Nəfəs darlığı

Kiçik fiziki fəaliyyətlə belə nəfəs çatmaması.

4. Ani və izah olunmayan yorğunluq

Bu xüsusilə qadınlarda daha çox rast gəlinir. Gün ərzində özünü enerjisi tam tükənmiş kimi hiss edir.

5. Baş gicəllənməsi və ya göz qaralması

Ayağa qalxanda və ya gəzərkən özünü pis hiss etmək.

6. Soyuq tər və ürəkbulanma

Səbəbsiz soyuq tər basması... Mədə pozğunluğu, qaytarma hissinin yaranması

7. Ürək döyüntülərinin artması və ya aritmiya hissi

Ürək döyüntülərinin çoxalması və sürətlənməsi...

8. Yuxu pozğunluğu

Yatmaqda çətinlik çəkmək... Gecə sinə ağrısı və ya nəfəs darlığı ilə oyanmaq.

Son xəbərlər