İlk dəfə ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb
Bu il İlk dəfə ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı təhsil müəssisəsində keçirilən məlumat sessiyasında bildirilib ki, dövlət sifarişli yerlər l və ll ixtisas qrupları üzrə ayrılıb.
Qeyd olunub ki, ümumilikdə 6 ixtisas üzrə 180 dövlət sifarişli yerə qəbul aparılacaq:
"I qrup üzrə Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, İnformasiya texnologiyaları ixtisaslarının hər birinə 30 yer, ll qrup üzrə isə Maliyyə, İqtisadiyyat ixtisaslarının hər birinə 30 yer ayrılıb. Gələcəkdə dövlət sifarişli yerlərin sayı və ixtisasların siyahısı artırılacaq".
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...