İbtidai sinif müəllimliyi üzrə peşə tanınmasında namizədlərdən 83 faizi uğursuz nəticə əldə edib
"DİM tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında "İbtidai sinif müəllimliyi" ixtisası üzrə iştirak edən namizədlərin 83%-i uğursuz nəticə əldə edib".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.
O bildirib ki, həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib:
"Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti; Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib".
Oxşar xəbərlər
Yeni ildə sürprizlərlə üzləşəcək bürclər
2026-cı il bir çox bürc üçün gözlənilməz, lakin müsbət dəyişikliklərlə dolu olacaq. Ulduzlar xəbər verir ki, bəzi bürclər həyatlarının gedişatını dəyişəcək sürp...