Hollivudun ən sadə və ən "kədərli" aktyoru: Kianu Rivz niyə lüksdən qaçır?

Hollivudun ən sadə və ən kədərli aktyoru: Kianu Rivz niyə lüksdən qaçır?
Video
Digər 166

Baku TV-də aktyor Kianu Çarlz Rivz haqqında araşdırma materialı yayımlanıb.

O, 2 sentyabr 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olub. Kianu Rivzin 3 yaşı olanda atası narkotik alverinə görə həbs olunub və ailəsini tərk edib. Anası isə bir neçə dəfə evli olduğu üçün o, uşaqlığını müxtəlif ögey atalarla keçirib.

K.Rivz məktəbdə disleksiyadan (oxumaqda çətinlik) əziyyət çəkdiyi üçün dərslərində uğurlu ola bilməyib.

O, aktyorluğa maraq göstərməyə başlayaraq dram dərslərinə gedir, 15 yaşında "Romeo və Cülyetta" tamaşası ilə ilk dəfə səhnəyə çıxır. 1980-ci illərin əvvəllərində Kanadada reklam çarxlarında və televiziya şoularında görünməyə başlayır. O, ilk böyük uğurunu 1986-cı ildə "River's Edge" filmi ilə əldə edərək Hollivuda köçür.

Kianu Rivz sadəliyi və təvazökarlığı ilə tanınan nadir Hollivud ulduzlarından biridir. O, özünü adi insanlardan üstün hesab etmir və çox vaxt ictimai nəqliyyatda, kafe və kitab mağazalarında təkbaşına görünür.

K.Rivz "The Matrix" trilogiyasından qazandığı milyonlarla dolların bir hissəsini film üzərində çalışan vizajçı və xüsusi effektlər üzrə mütəxəssislər komandası ilə bölüşür.

Aktyor müsahibələrindən birində "Pul mənim üçün vacib deyil. Onsuz da kifayət qədər varımdır. Önəmli olan insanlara yaxşılıq etməkdir" deyir.

Digər Hollivud ulduzlarından fərqli olaraq, Kianu Rivz dəbdəbəli villalarda cangüdənlərin əhatəsində yaşamır, əksinə, Los-Ancelesdə sadə bir evdə qalır, bəzən isə hotellərdə qalmağa üstünlük verir. Onu bir dəfə parkda oturub yemək yeyərkən görüblər və həmin foto illərdir ki, sosial şəbəkələrdə "Sad Keanu" (Kədərli Kianu) adı ilə məşhur olub.

Son xəbərlər