Hollivud ayağa qalxdı: Nəhəng studiyaların birləşməsinə etiraz edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Kino və televiziya sənayesində çalışan minlərlə nümayəndə "Paramount" və "Warner Bros. Discovery" studiyalarının planlaşdırılan birləşməsinə etiraz edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, açıq məktubla çıxış edən sənət adamları bu razılaşmanın dayandırılmasını tələb ediblər.
Məktubu imzalayanlar arasında tanınmış aktyor və rejissorlar da yer alıblar.
Onların fikrincə, belə bir addım iş yerlərinin azalmasına, rəqabətin zəifləməsinə və tamaşaçı seçimlərinin məhdudlaşmasına səbəb ola bilər. Həmçinin sənaye daxilində müxtəlifliyin və müstəqilliyin zərər görəcəyi qeyd olunub.
Bundan əlavə, Rob Bonta və digər ştatların nümayəndələrinin sövdələşmənin mümkün antiinhisar nəticələrini araşdırdığı bildirilir. Hələlik "Paramount" və "Warner Bros. Discovery" tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...