Hindistanda dini gərginlik: Qılıncla rəqs edən qrup məscidi hədəf aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Maharaştra əyalətində bir qrup hindistanlı dini mərasim zamanı məscidin qarşısında qılıncla rəqs edib və yüksəksəsli musiqi çalıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bu hərəkətlər yerli müsəlman icmasını narahat edib və ərazidə gərginlik yaradıb.
Hadisəyə dair yayılan məlumatlara görə, bir neçə nəfər əllərində qılınclarla məscidin qarşısına toplaşıb və rəqs edərək, silahları nümayiş etdiriblər. Yüksəksəsli musiqi çalınması da ətrafda narahatlıq yaradıb.
Bu hərəkətlər, Maharaştra əyalətində hindu və müsəlmanlar arasında olan dini gərginliyi daha da artırıb. Ərazidəki müsəlmanlar bu addımı qorxuducu və təxribat olaraq qiymətləndiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülər, qrupun açıq şəkildə dini simvollarla məscidin qarşısına gəldiyini və soyuq silahlarla rəqs etdiyini göstərib.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...