Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb
Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb, karantin elan edilib
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gürcüstanın Martvili bələdiyyəsində quduzluq faktı qeydə alınıb və yoluxma riski ilə əlaqədar ərazidə karantin rejimi tətbiq edilib.
Bu barədə məlumat yayan Milli Qida Agentliyindən bildirilib ki, Kutaisi şəhərində yerləşən sığınacağa aparılan və əvvəlcədən şübhəli statusu ilə təcrid olunan küçə itində laborator müayinələr nəticəsində quduzluq təsdiqlənib.
Hadisə ilə əlaqədar olaraq Martvili bələdiyyəsinin Bandza kəndində, xüsusilə "İki Addım" (yerli olaraq "Ori Havre") ətrafında epidemioloji vəziyyətə nəzarət məqsədilə karantin elan olunub.
"Artıq müvafiq tədbirlərə başlanılıb, yoluxma ehtimalı olan ərazilərdə dezinfeksiya işləri aparılır", - məlumatda bildirilib və əlavə olunub ki, risk qrupuna daxil olan heyvanlar peyvənd olunur, onların sağlamlığı nəzarətə götürülüb.
Oxşar xəbərlər
Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi
Səhiyyə Nazirliyi ölkəyə qripə qarşı vaksinlər gətirib. BAKU.WS xəbər verir ki, bu barədə report-a nazirlikdən bildirilib. Bildirilib ki, payız-qış aylarında ha...