Gürcüstan-Rusiya sərhədində siqnalizasiya sistemi işə düşüb

Gürcüstan-Rusiya sərhədində siqnalizasiya sistemi işə düşüb
Digər 0

Gürcüstanın Rusiya ilə sərhədi yaxınlığında, Kazbeqi bələdiyyəsinin Dariali dərəsində yerləşən Devdoraki ərazisində siqnalizasiya sistemi işə düşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlir Xidməti məlumat yayıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə gömrük məntəqəsinin əməkdaşları, Daxili İşlər Nazirliyinin Patrul və Sərhəd Polisi əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, həmçinin yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə təxliyə edilib.

"Kazbeqi" gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.

Hazırda Devdoraki dərəsində vəziyyət sabitləşib, "Dariali" sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər