Günəşdə güclü partlayış olub
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan bildiriblər.
Qeyd olunub ki, aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.
Partlayışlar günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Oxşar xəbərlər
Çox yatmaq nədən xəbər verir? – Orqanizmin verdiyi 7 mühüm siqnal
İnsanların əksəriyyəti yuxusuzluğun sağlamlığa mənfi təsirlərini bilir. Lakin normadan artıq yatmaq da bəzən orqanizmdə baş verən müəyyən problemlərin göstərici...