Günəşdə güclü partlayış baş verib
Günəşin arxa tərəfində son dərəcə güclü ikiqat partlayış qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat verib.
Alimlərin sözlərinə görə, hazırda baş verənləri birbaşa müşahidə etmək mümkün deyil, çünki Günəşin həmin tərəfində heç bir kosmik aparat yoxdur.
Buna görə də mütəxəssislər baş verənlərin miqyasını və xarakterini yalnız təxmin edə bilirlər.
Qeyd olunur ki, bu sahədə bu qədər yüksək aktivlik əvvəllər gözlənilmirdi.
Laboratoriya dəqiqləşdirib ki, Günəşin yaxınlığında vizual olaraq üç planet - Venera, Merkuri və Mars görünməkdə davam edir.
Bununla belə, optik təsəvvür yaranır ki, guya Günəş plazmasının atılması Venera və Merkuri istiqamətində baş verir. Əslində isə bu planetlər Günəşin arxasında, Yerdən əks tərəfdə yerləşirlər və atılmış plazma buludları onların orbitlərindən kənara yönəlib.
Astronomlar həmçinin qeyd ediblər ki, əgər bu aktivliyin mənbələri daha bir neçə gün davam edərsə, Günəşin fırlanması nəticəsində onlar Yerdən birbaşa görünən zonaya keçə bilərlər. Belə olan halda aktiv bölgələr Günəş diskində sol kənarda görünəcək.
Oxşar xəbərlər
Bu şəxslər daha çox diqqətli olsunlar - Həkimdən əhaliyə müraciət
Günəşdə son dərəcə güclü ikiqat partlayış qeydə alınıb. Bu zaman insanlarda müəyyən problemlər yarana bilər. Bu halların nədən ibarət olduğunu dəqiqləşdirmək üç...