Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin

Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin
Digər 385

Telefonlar uzun illərdir hər kəsin həyatında mühüm yer alıb.

Demək olar ki, smartfona sahib olmayan nadir insanlar qalıb. Ancaq telefonlar görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Lent.az görməmizi korlamamaq üçün telefondan düzgün istifadə qaydalarını təqdim edir:

Vaxt

Görmə problemlərinin qarşısını almağın ən asan yolu onlardan istifadə etdiyiniz vaxtı məhdudlaşdırmaqdır.

Siz telefonunuzu oxumaq, video izləmək və digər funksiyalar üçün daim istifadə etməməlisiniz. Cihazı gündə bir neçə saatdan çox istifadə etməmək məsləhətdir.

Ekranın təmizliyi

Bir çox insanlar ekran təmizliyinin sadəcə gigiyena məsələsi olduğuna inanır. Amma bu doğru deyil.

Toz səbəbindən şəkil və ya mətn təhrif olunur, bu da görmə qabiliyyətinə əlavə gərginlik yaradır. Buna görə də həmişə telefon ekranınızı təmiz saxlamağa səy göstərin.

Nəqliyyat

Nəqliyyatda telefondan istifadə vərdişi gözlərə çox zərər verir. Bunu çox az adam bilsə də, nəticəsi yaxşı deyil.

Çünki nəqliyyatda olarkən baş verən titrəmələrə görə gözlərə əlavə stress yüklənir. Nəticədə, görmə kifayət qədər qısa müddətdə pisləşir.

Oxşar xəbərlər

Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq

Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq

2025-ci il astroloji baxımından bəzi bürclər üçün dönüş nöqtəsi olacaq. Milli.Az xəbər verir ki, bu dövr xüsusilə Əqrəb, Oğlaq və Oxatan bürcləri üçün həm şəxsi...

714 Digər 23:59 21 dekabr 2024

Son xəbərlər