Google silahlarda süni intellekt istifadəsinə dair öhdəliyini geri çəkdi
Texnologiya nəhəngi Google-ın ana şirkəti Alphabet süni intellektin (Sİ) istifadəsi ilə bağlı prinsiplərini yeniləyərək, əvvəllər qadağan etdiyi bəzi sahələrə qapı açdı. Şirkət, silahlarda süni intellektdən istifadəyə dair öhdəliyini ləğv etdi.
BAKU.WS xəbər verir ki, bu barədə ferra.ru məlumat yayıb.
Google 2018-ci ildə yayımladığı və "zərər verə biləcək" sahələrdə Sİ istifadəsini qadağan edən qaydaları dəyişdirdi. Bu dəyişikliklə süni intellektin silah sistemləri və nəzarət texnologiyalarında tətbiqinin qarşısındakı əngəllər aradan qaldırıldı.
DeepMind prezidenti Demis Hassabis və Google-ın vitse-prezidenti Ceyms Manyika bu dəyişiklikləri dəstəkləyən bir bloq yazısı yayımlayaraq "Biznes və demokratik hökumətlər milli təhlükəsizliyi dəstəkləyən süni intellektlə bağlı əməkdaşlıq etməlidir" fikrini vurğuladılar.
Süni intellektin genişlənən təsiri
Google rəsmiləri süni intellektin artıq yalnız laboratoriya araşdırması olmadığını, gündəlik həyatda smartfonlar və internet qədər yayğın bir texnologiyaya çevrildiyini bildiriblər. Buna görə də şirkət, süni intellekt prinsiplərinin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu qeyd edir.
Lakin, Sİ-nin hərbi sahədə və nəzarət sistemlərində istifadəsi mübahisəli məsələ olaraq qalır. 2018-ci ildə Google əməkdaşları ABŞ Müdafiə Nazirliyi ilə aparılan "Project Maven" adlı süni intellekt layihəsinə qarşı çıxmış və minlərlə əməkdaşın imzaladığı etiraz məktubundan sonra şirkət layihədən geri çəkilmişdi.
75 milyard dollarlıq süni intellekt yatırımı
Google süni intellekt sahəsindəki investisiyalarını artırmağa davam edir. Şirkətin son maliyyə hesabatına əsasən, 2025-ci ildə süni intellekt layihələrinə 75 milyard dollar ayırmağı planlaşdırır.
Bununla yanaşı, Google-ın süni intellekt platforması Gemini axtarış nəticələrində ön plana çıxarılaraq, istifadəçilərə Sİ əsaslı məlumat xülasələri təqdim edir. Şirkət, süni intellekt əsaslı axtarış və infrastruktur layihələrini daha da genişləndirir.
Alphabet-in ümumi maliyyə nəticələri gözləntilərin altında qalsa da, rəqəmsal reklam gəlirlərində 10%-lik artım müşahidə edilib. Xüsusilə ABŞ-da keçiriləcək seçkilər, Google-ın reklam gəlirlərinə müsbət təsir edən əsas amillərdən biri olub.
Oxşar xəbərlər
Parlaq gələcəyi olan 2 BÜRC - Kainat hər işdə onları dəstəkləyir
Parlaq gələcəyi olan insanlar fərdi xüsusiyyətlərinə, çalışqanlıqlarına və seçimlərinə görə uğur qazanırlar. Ancaq astrologiyada bəzi bürclər liderlik keyfiyyət...