"Google" əməkdaşlarına işdən könüllü çıxmaq üçün pul ödəməyə başladı

"Google" ABŞ-də yerləşən əsas bölmələrinin əməkdaşları üçün könüllü istefa qarşılığında kompensasiya proqramını genişləndirib.
BAKU.WS Oxu.Az-a istinadən məlumatına görə, proqram artıq "DeepMind", "Google Cloud", "YouTube" və reklam bölməsinin əməkdaşlarını da əhatə edir.
İlkin olaraq bu təşəbbüs 2025-ci ildə "Platforms & Devices" bölməsi üçün nəzərdə tutulmuşdu. Bu bölmədə, o cümlədən "Pixel" və "Android" komandalarında yaz aylarında geniş ixtisarlar həyata keçirilmişdi. Proqram çərçivəsində əməkdaşlara minimum 14 həftəlik əməkhaqqı qədər kompensasiya təklif olunur. İstefa qərarı üçün son tarix 1 iyul 2025-dir.
Eyni zamanda, "Google" ofisə gəlmə tələblərini sərtləşdirir. Sentyabrdan etibarən ofisdən 80 km radiusda yaşayan əməkdaşlar həftədə azı üç gün iş yerində olmalıdırlar.
Yeni qaydalara əməl etməyənlər kompensasiya ilə işdən azad oluna bilərlər.
Oxşar xəbərlər
Günəşdə baş verən ən güclü partlayışdan sonra Yerdə hansı dəyişikliklər olacaq?
Gecə saatlarında baş verən ən yüksək səviyyəli Günəş alışmasından (partlaması) sonra Yer istiqamətində plazma atılımı qeydə alınmayıb. BAKU.WS TASS agentliyinə...
