Gizli təhlükə: gündəlik istifadə etdiyimiz əşyalar düşündüyümüzdən daha risklidir

Gizli təhlükə: gündəlik istifadə etdiyimiz əşyalar düşündüyümüzdən daha risklidir
Digər 47

Gündəlik həyatımızda əlimizdən düşməyən bir çox əşya sağlamlıq üçün gizli təhlükə yaradır. Mütəxəssislərin sözlərinə görə, plastik qablar, telefon radiasiyası və şarj cihazlarının istifadəsi uzunmüddətli perspektivdə insan orqanizminə ciddi zərər verə bilər.

Plastik qabların tərkibindəki kimyəvi maddələr qida ilə təmasda olduqda orqanizmə keçə bilər. Xüsusilə isti yeməklərin və mayelərin plastik qablarda saxlanması toksik maddələrin yayılmasına səbəb olur. Bu da hormonal pozuntular, xərçəng və sonsuzluq kimi problemlərlə əlaqələndirilir.

Telefonlardan yayılan elektromaqnit şüalanma isə beynin fəaliyyətinə təsir göstərərək yuxu pozuntuları, diqqət dağınıqlığı və uzun müddətdə sinir sistemi xəstəliklərinə yol aça bilər. Dünya Səhiyyə Təşkilatı telefon radiasiyasını potensial kanserogen faktorlar siyahısına daxil edib.

Digər bir risk isə keyfiyyətsiz və sertifikatsız şarj cihazlarının istifadəsidir. Bu tip cihazlar həm yanğın təhlükəsi yaradır, həm də telefon batareyalarının partlamasına səbəb ola bilər.

Mütəxəssislər insanlara bu əşyaları istifadə edərkən diqqətli olmağı, xüsusən də keyfiyyətli məhsullara üstünlük verməyi və müəyyən təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.

Son xəbərlər