Gənclər və idman naziri Fərid Qayıbov "İdmanda qal" verilişinin ilk qonağı oldu
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarındakı çıxışından məmnun qaldığını bildirib.
BAKU.WS xəbər verir ki, nazir bu fikirləri "Baku TV"nin "İDMANDA QAL" adlı yeni televiziya layihəsinə açıqlamasında səsləndirib.
"Əlbəttə, bu yarışda çıxış etmək idmançılarımız üçün böyük təcrübədir. Onlar bu təcrübənin faydasını gələcək turnirlərdə görəcəklər. Əldə olunan nəticələr əvvəlki iki MDB Oyunlarındakı göstəricilərimizdən daha yaxşıdır. Bu münasibətlə idmançılarımızı təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzulayıram", - deyə Fərid Qayıbov qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarında ümumilikdə 184 medal (33 qızıl, 56 gümüş və 95 bürünc) qazanaraq ümumi sıralamada ikinci yeri tutub.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Hər birimiz həyatımızda çətinliklərlə qarşılaşırıq. Xəstəlik, maddi sıxıntı, ailə problemləri, itkilər və s… Ancaq maraqlıdır ki, çox vaxt insanlar bu çətinlikl...