Gəncə terrorunun şahidi: "Kaş evim dağılardı, amma qızım belə olmazdı"
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 5 il ötür.
Terror hücumu nəticəsində şəhid olan Tunar Əliyevin anası Validə Əliyeva həmin dəhşətli gündən danışıb:
"Əsgərlərə yardım aparmaq üçün durmuşdu. Evdən çıxandan 15 dəqiqə sonra partlayış səsi gəldi. Bütün xəstəxanaları axtarsaq da, ondan bir xəbər ala bilmədik. Daha sonra onu 3 nömrəli xəstəxananın morqunda tapdılar. Bu 5 il mənim üçün çox çətin keçdi. Amma Tunar və onun kimi bütün şəhidlərlə qürur duyuram".
Hücum zamanı həyat yoldaşı və qızı yaralanan Nüsrət Qasımov isə həmin günü belə xatırlayıb:
"Qızımla anası səsi eşidərək pəncərəyə doğru qaçıblar. Çatanda raket düşüb, qızım divanla birlikdə divara çırpılıb. Həyat yoldaşım da bir gözündən yaralanıb. Mənim üçün ən dəyərli şey qızıma Almaniyadan göz bəbəyinin gətirilməsi oldu. Kaş evim dağılardı, amma qızımın gözünə heç nə olmazdı".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb. BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xə...