Fermerlər çıxılmaz VƏZİYYƏTDƏ: "Həm qıtlıq, həm də bahalıq olacaq"
Şabran rayonunda havanın yağıntısız keçməsi təsərrüfatlara ziyan vurub, fermerləri çətin vəziyyətə salıb.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, təsərrüfat sahiblərinin sözlərinə görə, bu il qar az yağdığına görə məhsuldarlığın səviyyəsi xeyli aşağı olacaq. Bu isə qiymətlərdən təsirsiz ötüşməyəcək.
"Hazırda sanki fevral yox, mart-aprel ayının havasıdır. Əkinin üstündə 10-15 santimetr qar olmalı idi. Əgər sahəni 1 dəfə dərmanlamaq lazım idisə, indi onu 2-3 dəfə artırmalıyıq. Xərcimiz çox çıxır, ziyana düşürük. Belə getsə, həm qıtlıq, həm də bahalıq olacaq", - deyə kənd sakini bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?
Mütəxəssislər insanların bahalı həyat yaşadığını göstərmək istəməsinin psixoloji və sosial səbəblərini araşdırıblar. Psixoloqların fikrincə, bu hal çox vaxt özü...