FAKTİKİ HAVA: Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb

FAKTİKİ HAVA: Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb
Digər 435

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 29-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub

Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. BAKU.WS xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu gü...

103 Digər 00:00 06 iyun 2025

Son xəbərlər