Eyfel qülləsində yanğın: Mindən çox insan təxliyə edildi

Eyfel qülləsində yanğın: Mindən çox insan təxliyə edildi
Foto
Digər 308

Fransanın paytaxtı Parisdə Eyfel qülləsində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə BILD yazır.

Hadisə yerində olan bütün insanlar təxliyə edilib və xilasedicilər yanğınla mübarizəyə başlayıblar.

Məlumata görə, hazırda Eyfel qülləsi bağlıdır. Yanğının qüllənin birinci və ikinci mərtəbələri arasındakı lift şaxtasında başladığı ehtimal edilir.

"Təxminən 1 200 nəfər təxliyə edilib. Məlumata görə, yanğınsöndürənlər yanğının səbəbinin kabelin həddindən artıq qızması olduğunu müəyyən ediblər", - "Boulevard Voltaire" nəşri yazıb.

Bir müddət sonra yanğın söndürüldüyü barədə məlumat verilib.

Oxşar xəbərlər

Spirtli içki qəbul edəndə insanlar niyə qızarır?

Spirtli içki qəbul edəndə insanlar niyə qızarır?

Bəzi insanlar spirtli içki qəbul etdikdən sonra üzündə, boynunda və bədənində qızartılar əmələ gəlir. BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vəziy...

60 Digər 13:13 05 iyun 2025

Son xəbərlər