"Evdə tək 2" filminin ulduzu vəfat edib
26
avq
2026
21:21
İngilis-amerikalı kino və televiziya aktyoru Tim Karri 80 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, TMZ aktyorun ölümü barədə mənbələrinə istinadən məlumat yayıb.
Tim Karri 2012-ci ildə insult keçirib. Bundan sonra o, əlil arabasından istifadə edib və demək olar ki, filmlərdə çəkilməyib.
Aktyor daha çox 1990-cı ildə ekranlaşdırılan "O" filmindəki Pennivayz, 1975-ci ildə çəkilmiş "The Rocky Horror Picture Show" filmindəki doktor Frank-N-Furter və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2" filmindəki cənab Hektor obrazları ilə tanınıb.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil...