Ən faydalı beş pendir növü açıqlanıb

Ən faydalı beş pendir növü açıqlanıb
Digər 95

Diyetoloq Emili Martorano və Nyu-York Universitetinin Qida Məhsulları Laboratoriyasının direktoru Lurdes Kastro Mortilyaro bildiriblər ki, bütün pendir növləri sağlamlıq üçün eyni dərəcədə faydalı deyil.

BAKU.WS xəbər verir ki, bu barədə Infobae nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, ən faydalı pendir növü rikottadır. Mortilyaro qeyd edib ki, rikotta az miqdarda natrium ehtiva edir və tərkibində yüksək səviyyədə olan zərdab proteini orqanizm tərəfindən asanlıqla mənimsənilir.

Sağlamlıq üçün faydalı olan digər pendir növləri sırasında parmezan, pekorino və qauda da yer alır. Bu pendirlər kalsiumla zəngindir və uzun müddət toxluq hissi yaradır. Bununla belə, həkim yüksək natrium tərkibinə görə hipertoniyadan və böyrək problemlərindən əziyyət çəkən şəxslərə bu növlərin qəbulu zamanı ehtiyatlı olmağı tövsiyə edib.

Mütəxəssislər üçün uyğun seçimlərdən biri kimi çedder pendiri də göstərilib.

Son xəbərlər