Emin Əmrullayev: "Azərbaycanın iki peşə təhsili müəssisəsinin diplomları Türkiyədə tanınacaq"
"Türkiyə ilə hazırda bütün pillələr üzrə əməkdaşlığımız var".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Türk Ansdolu liseyinin Əhmədli filialının açılışında deyib.
O bildirib ki, ilk dəfə olaraq ölkədən kənarda Azərbaycan məktəbi açılacaq:
"Çox sevinirik ki, bu, ilk dəfə Türkiyədə reallaşacaq və İstanbulda yaşayan vətəndaşlarımız üçün çox yaxşı olacaq. Bu, Türkiyə - Azərbaycan təhsil sistemindəki əməkdaşlığı daha da sürətləndirəcək".
"Türkiyə nümayəndə heyəti ilə Qarabağa yola düşəcəyik. Füzulidə, Ağdamda, Şuşada, Xankəndidə son illər ərzində görülən işlərlə tanış olacağıq. Eyni zamanda, peşə təhsili sahəsində saziş imzalanacaq. Bu da Azərbaycanda iki peşə təhsili müəssisəsinin Türkiyə ilə birlikdə idarə edilməsi və bu müəssisəsini bitirənlərin diplomlarının Türkiyədə tanınması ilə yadda qalacaq".
Oxşar xəbərlər
Qaçış zamanı zaman "yavaşlayır" - Alimlər səbəbini açıqladı
İtaliyanın Texnoloji İnstitutunun alimləri müəyyən ediblər ki, qaçış zamanı insanlar zamanı adi haldan daha yavaş hiss edirlər. Bu effekt fiziki yüklənmə ilə de...