Ekspert: Qəzanın səbəblərini ətraflı şəkildə bilmək üçün gözləmək lazımdır

Ekspert: Qəzanın səbəblərini ətraflı şəkildə bilmək üçün gözləmək lazımdır
Digər 77

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzasının səbəblərini ətraflı şəkildə bilmək və faktiki olaraq tam şəkildə üzə çıxarmaq üçün gözləmək lazımdır.

Haber Global" xəbər verir ki, bunu İstanbul Esenyurt Universitetinin müəllimi, Nəqliyyat xidmətləri şöbəsinin müdiri Seda Korkmaz deyib.

O bildirib ki, qəza baş verməzdən əvvəl təyyarənin salonunda müvafiq addımlar atılıb: "Kapitan fövqəladə vəziyyətlə bağlı məlumat verib. Fövqəladə vəziyyət elan edildikdə, bütün sərnişinlər oturacaqlarda əyləşməli, təhlükəsizlik kəmərlərini bağlamalı və kimsə ayaq üstə durmamalıdır. Yayılan videolardan görürük ki, bələdçilər "zəhmət olmasa, qalxmayın, kəmərlərinizi bağlayın" deyirlər. Təhlükəsizlik kəmərlərinin bağlanması sərnişinlərin həyatını xilas edəcək bir addımdır. Əslində, bu, çox kiçik, lakin düzgün bir hərəkətdir. Bu səbəbdən bütün sərnişinlərə demək istəyirəm ki, deyilənlərə uyğun hərəkət edin".

Ekspertin sözlərinə görə, sərnişinlərin ayağa qalxmaması mühüm addım idi: "Qəza olmasa belə, sərnişinlər ayağa qalxsa, normal gedişdə birdən-birə turbulentlik yarana bilər. Turbulentlik zamanı sərnişinlər başlarını təyyarənin yuxarı hissəsinə və ya yerüstü şkafların yerləşdiyi hissəyə vura bilərlər. Bu, həqiqətən, sərnişinin həyatına təhlükə yarada biləcək haldır".

Son xəbərlər