Dünyanın maqnit qütbü yer dəyişib: yeni mövqe məlum oldu
ABŞ və Böyük Britaniyadan olan alimlər maqnit şimal qütbünün ən son mövqeyini müəyyən edən yeni model təqdim edib. Yeni araşdırmaya görə, qütb mərkəzi son beş ildə Sibiriyaya daha da yaxınlaşıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, alimlər bildiriblər ki, coğrafi Şimal Qütbündən fərqli olaraq maqnit qütbü sabit mövqe daşımır və Yerin maqnit sahəsinə əsasən müəyyən edilir. Bu maqnit sahəsi isə daim dəyişir və hərəkət edir.
İngiltərə Geoloji Tədqiqatlar Mərkəzindən geofizik və jeomaqnetizm üzrə tədqiqatçı Dr. Uilyam Braun bildirib ki, bu modelin tətbiqi üçün böyük aviaşirkətlər öz təyyarə donanmalarındakı naviqasiya proqramlarını yeniləyəcəklər. NATO-ya daxil olan ordular isə çoxsaylı mürəkkəb naviqasiya sistemlərində istifadə olunan proqram təminatını yeniləmək məcburiyyətindədir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) aparıcı tədqiqatçısı Dr. Arno Şulliat qeyd edib ki, son yeniləmə ilə alimlər 2025-ci ilə qədər maqnit şimal qütbünün mövqeyi ilə bağlı əvvəlki proqnozların düzgünlüyünü təsdiq ediblər.
Alimlər maqnit qütbünün son illərdəki hərəkət sürətində "dramatik" dəyişikliklərin müşahidə edildiyini, lakin bu fenomenin əsas səbəbinin hələ də açıqlanmadığını bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, Yer üzündə həyat 100 milyon ildən çox müddətdə çoxsaylı maqnit dəyişikliklərinə şahid olub. Lakin bu dəyişikliklərin heç biri müasir texnologiya dövründə baş verməyib.
Təyyarə və gəmilər daxil olmaqla, qlobal mövqe müəyyən etmə sistemləri maqnit şimal qütbünü tapmaq üçün Dünya Maqnit Modelindən (WMM) istifadə edir.
İngiltərə Geoloji Tədqiqatlar Mərkəzi və NOAA tərəfindən hazırlanan bu model maqnit şimal qütbünün mövqeyini qeydə alır və son illərdəki trayektoriyaya əsaslanaraq gələcək hərəkəti proqnozlaşdırır.
Maqnit şimal qütbü ilk dəfə 1831-ci ildə İngilis səyyahı Sör Ceyms Klark Ross tərəfindən Şimali Kanadada, həqiqi Şimal Qütbündən təxminən 1610 kilometr cənubda kəşf edilib. O vaxtdan bəri hər il şərqə doğru irəliləyərək Sibiriyaya daha yaxınlaşır.
Oxşar xəbərlər
Covid-19 peyvəndləri ürək problemlərinə səbəb olurmu?
Son dövrlərdə Türkiyədə artan ürək problemləri və infarkt halları cəmiyyətdə narahatlıq yaratmaqda davam edir. TRT spikeri Ərdoğan Arıkanın infarkt keçirməsi və...