Dünyanın ən varlı insanlarının təhlükəsizliyi üçün Ağ Evin yaxınlığında bunker tikiləcək
Qlobal fəlakət olacağı təqdirdə dünyanın ən elit təbəqəsinin insanları üçün Vaşinqtonda, Ağ Evin yaxınlığında bunker tikiləcək.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, dünyanın ən varlı 625 nəfər insanı 300 milyon dollar xərcləməklə orada sığınacaq əldə edəcəklər. Xidmətlərə görə oliqarxlar əlavə 20 milyon dollar ödəyəcəklər.
Burada onlar üçün müxtəlif restoranlar, boulinq mərkəzləri, hovuz və digər əyləncə, istirahət məkanları fəaliyyət göstərəcək. Bunkerin tibb məntəqəsi süni intellekt vasitəsilə idarə olunacaq.
Qeyd edək ki, "Aerie" adlı tikili yer üzündə baş verə biləcək hər hansı fəlakət zamanı müştərilərə sağ qalmaq imkanı yaradacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb. BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xə...