Dünyanın ən təhlükəli heyvanları

Dünyanın ən təhlükəli heyvanları
Digər 143

Min illər boyu insan təbiətin ən zəif canlılarından biri olub. Bizi daim ovlayan yırtıcılar çay kənarlarında, meşələrdə, dağlarda və səhralarda pusquda durub. Bu gün texnologiya və tibbin inkişafı sayəsində daha təhlükəsiz mühitdə yaşasaq da, bəzi heyvanlar hələ də minlərlə insanın həyatına son qoyur.

BAKU.WS xəbər verir ki, bu mövzuda ən təhlükəli heyvanların siyahısını təqdim edib.

Arılar – Onların kiçik görünüşü təhlükəli olduqlarını gizlədir. Arı sancmaları nəticəsində hər il təxminən 50 nəfər həyatını itirir.

Pələnglər – Minilliklərdir insan üçün təhlükəli sayılır. Bu vəhşi yırtıcılar hər il 50-250 insanın ölümünə səbəb olur.

Begemotlar – Bitki ilə qidalanmasına baxmayaraq, çox aqressiv təbiətə malikdir. Güclü çənəsi və qeyri-sabit davranışı səbəbilə ildə təxminən 500 nəfəri öldürür.

Sığırlar – Bu heyvanlar əsasən yol qəzası səbəbilə təhlükə yaradır. Onlarla toqquşmalar nəticəsində hər il 500-600 nəfər həlak olur.

Timsahlar – Afrikanın ən qorxulu canlılarından biridir. Timsahlar hər il təxminən 1000 insanın həyatına son qoyur.

Əqrəblər – Tropik və quru bölgələrdə yaşayan bu canlılar illik təxminən 5000 insanın ölümünə səbəb olur.

İtlər – İnsanların ən sadiq dostu sayılan itlər, eyni zamanda ən təhlükəlilərindən biridir. Quduzluq virusu daşıyan itlərin dişləməsi nəticəsində hər il 58 min nəfər dünyasını dəyişir.

İlanlar – İlan sancmaları səbəbilə hər il dünyada 5 milyon insan xəstəxanaya müraciət edir, 135 min nəfər isə ilan zəhəri səbəbilə ölür.

Ağcaqanadlar – Siyahının zirvəsində yer alan bu kiçik canlılar, ən ölümcül heyvandır. Onlar malyariya kimi ölümcül xəstəlikləri yayaraq hər il 750 mindən çox insanın ölümünə səbəb olurlar.

Bu faktlar bir daha sübut edir ki, təhlükə yalnız böyük yırtıcılardan deyil, bəzən ən kiçik canlılardan da gələ bilər.

Son xəbərlər