Dünyanın ən pis yeməkləri seçildi
13
yan
2025
13:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən pis 100 yeməyi müəyyən edilib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, bu siyahıya Türkiyədən də bir yemək daxil edilib və 67-ci yerdə qərarlaşıb.
Məşhur səyahət bələdçisi TasteAtlas ləzzət tənqidçilərinin rəylərini və yeməklər haqqında aparılan araşdırmaları bir araya gətirərək dünyanın ən pis yeməklərinin siyahısını təqdim edib. Siyahıda bir çox ölkənin qeyri-adi yeməkləri yer alıb.
Türkiyədən isə Kapuska yeməyi 67-ci sırada yer alıb.
Siyahının ilk 10 yeməyi isə bunlardır:
- Blodpalt (Finlandiya): Çovdar unu və heyvan qanından hazırlanan kotletlər.
- Bocadillo de Sardinas (İspaniya): Sardina ilə hazırlanan sendviç.
- Calskrove (İsveç): Calzone pizzası içində hamburger və kartof qızartması.
- Angulas A La Cazuela (İspaniya): Balaca ilan balıqları ilə hazırlanan ənənəvi yemək.
- Jellied Eels (İngiltərə): Jöle ilə hazırlanan ilan balıqları.
- Ramen Burger (Amerika): Ramen əriştəsindən hazırlanmış çörəklər arasına qoyulmuş burger.
- Chapalele (Çili): Kartof və undan hazırlanan ənənəvi çörək.
- Faves A La Catalana (İspaniya): Paxla və qan sosisi ilə hazırlanan yemək.
- Thorramatur (İslandiya): Fermentləşdirilmiş köpək balığı əti və digər ənənəvi məhsullar.
- Kaeng Tai Pla (Tayland): Fermentləşdirilmiş balıq bağırsaqları ilə hazırlanan ədviyyatlı köri yeməyi.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...