Dünyanın ən böyük timsahı ölüb
Dünyanın ən böyük timsahı kimi Ginnesin Rekordlar Kitabına düşən Kassius adlı timsah ölüb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Onun yaşının 110-dan çox olduğu güman edilirdi.
"Marineland Melanesia Crocodile Habitat" təşkilatı sosial şəbəkə səhifəsində bir tondan çox çəkisi olan Kassiusun səhhətinin oktyabrın 15-dən pisləşdiyini yazıb.
"O, çox qoca idi və ehtimal ki, vəhşi timsahdan daha çox yaşadı. Kassius üçün çox darıxacağıq, lakin ona olan sevgimiz və onunla bağlı xatirələrimiz həmişə qəlbimizdə yaşayacaq", - təşkilatın məlumatında deyilir.
Qeyd edək ki, sürünən 1984-cü ildə Avstraliyanın şimalındakı Kakadu Milli Parkında tutulmuşdu və o vaxtdan bəri Kvinslend ştatındakı timsah fermalarından birində yaşayırdı. Ona bu ad daha çox Məhəmməd Əli kimi tanınan əfsanəvi amerikalı boksçu Kassius Kleyin şərəfinə verilib.
Kassius 2013-cü ildə 6,17 metr uzunluğunda olan Filippindəki timsah Lolonqun ölümündən sonra Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük "əsir" timsahı kimi düşüb. O, digər timsahla döyüşdə quyruğunun bir hissəsini itirməsəydi, daha da böyük ola bilərdi.
Oxşar xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür. Onun anadan olmasından 51 il ötür. Şükür Nəriman oğlu Həmidov 1975-ci ilin bu günü yəni, apr...