Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddi

Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddi
Digər 6

Birjalarda şəkərin qiyməti avqustun 18-də 4% artaraq bir funt üçün 0,176 dollara yüksəlib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu göstərici 2025-ci il mayın 22-dən bəri ən yüksək səviyyə olub.

Bakı vaxtı ilə saat 18:29-a olan məlumata görə, oktyabr füçersinin qiyməti 2,73% artaraq bir funt üçün 0,173 dollar səviyyəsində qərarlaşıb. Avqustun əvvəlindən şəkərin qiyməti 17,7%, son altı ay ərzində isə 26% artıb.

Avqustun əvvəlində şəkər xammalı üzrə oktyabr füçersinin qiyməti 2025-ci ilin oktyabrından bəri rekord həddi yeniləyərək bir funt üçün 0,165 dollara çatıb. Dilerlər qiymət artımını Braziliyadan xammal tədarükünün azalması və anomal istilər fonunda Avropada istehsalın mümkün azalması ilə bağlı narahatlıqlarla əlaqələndiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər