Duman görünüş məsafəsini 700 metrədək məhdudlaşdırıb - FAKTİKİ HAVA

Duman görünüş məsafəsini 700 metrədək məhdudlaşdırıb - FAKTİKİ HAVA
Digər 23

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, martın 12-si saat 10:00-a olan məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Son xəbərlər