Dondurma sevənlərin DİQQƏTİNƏ - Bunlara diqqət edin
Yeniliklərdən dərhal xəbərdar olun
Yay mövsümündə ən çox istehlak olunan məhsullardan biri dondurmadır. Mütəxəssislər bildirirlər ki, dondurma alarkən ilk növbədə məhsulun saxlanma şəraitinə diqqət yetirmək lazımdır.
BAKU.WS xəbər verir ki, əridikdən sonra yenidən dondurulan məhsullar həm keyfiyyətini itirir, həm də sağlamlıq üçün risk yarada bilər.
Bundan əlavə, qablaşdırmanın zədələnməməsi, istehsal və son istifadə tarixinin yoxlanılması vacibdir. Tərkibində təbii süd və qaymaq olan, süni qatqıları az olan məhsullara üstünlük verilməsi tövsiyə edilir.
Mütəxəssislər açıq satılan dondurmaların alındığı məkanın gigiyenik şəraitinə də diqqət yetirməyi məsləhət görürlər. Satış nöqtəsində məhsulun uyğun temperaturda saxlanılması və gigiyena qaydalarına əməl olunması qida zəhərlənməsi riskini azaldır.
Həmçinin dondurmanın həddindən artıq istehlakı, xüsusilə tərkibində yüksək miqdarda şəkər olan növlər, sağlamlığa mənfi təsir göstərə bilər. Bu səbəbdən porsiya miqdarına nəzarət etmək və etibarlı satış məntəqələrindən alış-veriş etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...