Dişlərimizin bilinməyən sirləri

İnsanların diş çıxarması, bioloji inkişaf prosesinin vacib bir hissəsidir.
Dişlərin iki dəfə çıxmasının arxasında təkamül, bioloji və anatomik səbəblər dayanır.
Bəs niyə üçüncü dəfə diş çıxmır? Bu da maraq doğuran bir mövzudur...
BAKU.WS mütəxəssis araşdırmalarını təqdim edir:
Qeyd edək ki, ilk dişlərimiz "süd dişləri" adlanır və körpəlik dövründə, təxminən 6-cı aydan etibarən çıxmağa başlayır.
Süd dişləri töküldükdən sonra yerinə daimi dişlər çıxır. İnsanlarda ümumilikdə 32 daimi diş olur.
Bəs dişimiz qırıldıqda və ya çəkildikdə niyə üçüncü dəfə yenidən çıxmır? Bunun elmi və təkamüllə bağlı səbəbləri var.
Tarixi boyunca insanların çənə quruluşu zamanla kiçilməyə məruz qalmışdır.
Qədim əcdadlarımız daha böyük çənəyə malik idilər. Bu geniş çənədə daha çox diş yerləşirdi. Lakin təkamül prosesi nəticəsində insanların qidalanma vərdişləri dəyişmiş və çənə strukturu kiçilmişdir.
Bu dəyişiklik daha az diş üçün yer saxlamış və insanların yalnız bir dəfə daimi diş çıxarmasını kifayət edəcək bir quruluş yaratmışdır.
Oxşar xəbərlər
Bu il xoşbəxt olacaq bürclər
Hər il astroloji baxımdan bəzi bürclər üçün daha uğurlu və xoşbəxt keçə bilər. BAKU.WS xəbər verir ki, 2025-ci il sevgi, karyera və şəxsi inkişaf baxımından bəz...
