Dietoloqdan xəbərdarlıq: Kərə yağı alarkən buna diqqət edin

Dietoloqdan xəbərdarlıq: Kərə yağı alarkən buna diqqət edin
Digər 22

Kərə yağı alarkən onun yağlılıq dərəcəsinə diqqət yetirmək vacibdir.

BAKU.WS xəbər verir ki, mütəxəssislər hesab edir ki, daha keyfiyyətli məhsul seçimi üçün yağın tərkibindəki yağ faizi əsas göstəricilərdən biridir.

Dietoloq və endokrinoloq Anton Polyakov bildirib ki, gündəlik kərə yağı istehlakı 25 qramdan çox olmamalıdır.

Onun sözlərinə görə, mağazalarda seçim edərkən 82,5 faiz yağlılığa malik kərə yağına üstünlük vermək məqsədəuyğundur. Mütəxəssis 72 faiz və ya daha aşağı yağlı məhsulların seçilməsini tövsiyə etmir:

"Kərə yağları əsasən üç kateqoriyaya bölünür: "Kəndli" yağı (72,5 faiz), "Həvəskar" yağı (80 faiz) və "Ənənəvi" yağ (82,5 faiz). Sonuncu daha sıx quruluşa, zəngin qaymaqlı dada malik olur və tərkibində suyun miqdarı daha az olur".

Bununla yanaşı, həkim bəzi insanlara kərə yağının istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Piylənmə və artıq çəki problemi olanlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yüksək xolesterin səviyyəsinə malik şəxslər, həmçinin qaraciyər və öd kisəsi xəstəlikləri olanlar bu məhsuldan ehtiyatla istifadə etməlidirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər