Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir

Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir
Digər 2

ABŞ-nin Beylor Tibb Kollecinin alimləri insan beyninin hətta dərin narkoz vəziyyətində belə mürəkkəb nitqi qavrama və analiz etmə qabiliyyətini saxladığını müəyyən ediblər.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalına istinadən yayımlanıb. Araşdırma əməliyyat zamanı xəstələrin beyin aktivliyinin izlənməsi ilə aparılıb.

Məlum olub ki, hipokamp, yaddaş və öyrənmə proseslərinə cavabdeh beyin strukturu səs stimullarına reaksiya verir. O, nitqdəki isimləri, felləri və sifətləri ayırd edə bilir, hətta növbəti sözləri əvvəlcədən proqnozlaşdıra bilir.

Alimlərin qənaətinə görə, bu nəticələr beynin huşsuz vəziyyətdə belə informasiya emal etməyə və öyrənməyə qadir olduğunu göstərir. Bu isə şüurun idrak proseslərində əsas rol oynadığı barədə ənənəvi elmi baxışlarla müəyyən ziddiyyət yaradır.

Tədqiqatçılar bildiriblər ki, bu nəticələrin yuxu və koma kimi digər huşsuz vəziyyətlərə də aid olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Qeyd edək ki, əvvəlki dövrdə digər elm adamları genetika prinsiplərini dəyişən qeyri-adi birhüceyrəli mikroorqanizm də aşkar etmişdilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər