Demensiya riskini 45 faiz artıran amillər açıqlanıb

Demensiya riskini 45 faiz artıran amillər açıqlanıb
Digər 31

Demensiyanın müalicəsi üzrə mütəxəssis Ketrin Mammeri demensiyanın inkişaf riskini 45 faiz artıran amilləri sadalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.

Onun sözlərinə görə, demensiya hallarının təxminən yarısı qarşısı alına bilən amillərin təsiri nəticəsində yaranır. Xüsusilə mütəxəssis arterial təzyiqin mütəmadi yoxlanılmasını tövsiyə edib.

"Xüsusən damar mənşəli demensiyadan danışanda, ona gətirib çıxaran bir çox amil qan damarları ilə bağlı problemlərlə əlaqəlidir. Buna görə də ürək üçün faydalı olan hər şey beyin üçün də faydalıdır. Qan təzyiqi, xolesterin səviyyəsi, diabetin olub-olmaması, siqaret çəkmə - bunların hamısı həm ürək, həm də beyin üçün zərərlidir", - deyə Ketrin Mammeri bildirib.

Mütəxəssis həmçinin həftədə ən azı üç dəfə fiziki aktivliklə məşğul olmağı, zehni fəaliyyəti qorumağı tövsiyə edib. Bundan əlavə, tərəvəzlərin daha çox qəbulunun, şəkərin həddindən artıq istifadəsindən imtinanın vacibliyini vurğulayıb.

Qeyd edək ki, demensiya yaddaşın, düşünmə qabiliyyətinin, diqqətin və gündəlik qərarvermə bacarıqlarının tədricən zəifləməsi ilə xarakterizə olunan beyin xəstəliyidir. Bu vəziyyət insanın gündəlik həyatına, ünsiyyətinə və müstəqil yaşamaq imkanlarına ciddi təsir göstərir. Demensiya ən çox yaşlılarda müşahidə olunsa da, bu, qocalmanın normal hissəsi hesab edilmir

Son xəbərlər