Dekabrın ilk günü hava belə olacaq
Dekabrın ilk gününə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
"X" platformasındakı nasazlıqlar aradan qaldırılıb
"X" platformasının işində müşahidə olunan nasazlıqlar əsasən aradan qaldırılıb. BAKU.WS xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir....