Dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi?
Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təmina...